Quti və İlhan Mansız rəsmən "Beşiktaş"da

Quti və İlhan Mansız rəsmən "Beşiktaş"da
DÜNYA FUTBOLU 12 İyul 2018 / 11:04 4475
-  A +

"Beşiktaş" baş məşqçisi Şenol Günəşin köməkçilərinin adını rəsmən açıqlayıb.

Qol.az-ın klubun rəsmi "İnstaqram" səhifəsinə istinadən yaydığı xəbərə görə, bunlar "qara qartallar"ın sabiq oyunçuları Quti və İlhan Mansızdır. Onlar İstanbul təmsilçisnin Avstriyadakı təlim-məşq toplanışına qatılıblar.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib. O, karyerasını məhz bu klubda başa vurub. İ.Mansız isə 2001-2004-cü illərdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı