"Hədəfimiz ancaq qələbədir" - Sənan Qurbanov

"Hədəfimiz ancaq qələbədir" - Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 11 İyul 2018 / 19:19 2958
-  A +

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Proqres"i ilə oyun öncəsi mətbuat konfransı keçirib.  Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:
 
- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzü necə hiss edirsiniz?

 
- Yenidən avrokubok ab-havasını yaşamaq çox sevindiricidir. Komandada ab-hava yaxşıdır. Yenidən burda olmaq, ab-havanı yaşamaq xoşdur. Başqa bir həyacandır. Məqsədimizə çatmaq üçün bir gün qalıb.
 
- Cavid Hüseynov sabah oynamayacaq. Kapitansız heyəti necə quracaqsınız?

- Cavidin yoxluğu bizim üçün yaxşı hal deyil. O, bizim üçün önəmli oyunçudur.Təlim-məşq toplanışına İlk gündən onsuz başladıq. Komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.

 - Yeni transferlərin komandaya uyğunlaşma prosesi necə keçib?

- Lilay komandaya digərlərindən daha tez qoşulmuşdu. O biri iki oyunçu birbaşa Sloveniyaya gəldi. Futbolçular özləri də etiraf etdi ki, kollektivdəki ab-hava elə gözəl qurulub ki, komandaya tez uyğunlaşdılar. Oyun baxımından isə təbii ki, bir az vaxt lazım olacaq. Amma tezliklə hər şeyin yoluna düşəcəyini gözləyirəm.

- İlk oyunda hədəfiniz nədir?

- “Qəbələ” olaraq hədəfimiz ancaq qələbədir. Rəqibimiz ciddi komandadır. Analiz etmişik, həm evdə, həm də səfərdə qələbə qazanmağa çalışacağıq.

 
- Rəqibin üstün və zəif cəhətlərini analiz etmisinizmi?

- Rəqibi çempionat və ötənilki Avrokubok matçından təhlil etmişik. Nizam-intizamlı komandadır. Müdafiədə kompakt oynayıb, hücuma sürətli çıxırlar. Biz də işimizi buna uyğun qurmuşuq.

 - Oyun üslubunuz necə olacaq?

- “Qəbələ” iddialı klubdur, çalışırıq ki, meydandakı oyunumuz da buna uyğun olsun. Həm hücum, həm də müdafiədə uğurlu çıxış etməyi hədəfləyirik.

 
-Yoxlama oyunları göstərdiki son nöqtəni qoymaqda komandanız çətinlik çəkirdi...

- Adından bəlli olduğu kimi onlar yoxlama oyunlarıdır. Bəzi amillər var ki, onları rəsmi matçlarda futbolçulardan tələb edə bilmirik. Amma sınaq matçlarında bunu edirik. Qol imkanlarımızı əldən verməyimiz problem var demək deyil. Məncə, qarşıdakı oyunlarda bu cür çətinliklər yaşamayacağıq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı