"Barselona" PSJ-nin futbolçusu ilə anlaşdı

"Barselona" PSJ-nin futbolçusu ilə anlaşdı
XƏBƏR 11 İyul 2018 / 18:36 5386
-  A +

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Barselona"ya keçməyə yaxındır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun idman direktoru  Erik Abidal Fransaya gedərək, futbolçunun anası, həm də meneceri ilə görüşüb. Hətta tərəflərin müqavilə şərtlərində razılığa gəldiyi iddia olunur. Keçid baş tutsa, Rabyo yeni klubu ilə 5 illik sözləşmə imzalayacaq və ilinə 7 milyon avro qazanacaq.

Yarımmüdafiəçinin "Barselona"dan istəyi hücuma yaxın oynamaqdır. Rabyonun fikrincə, dayaq yarımmüdafiəçisi kimi öz potensialını tam göstərə bilmir.

Futbolçunun özü ilə anlaşan "Barselona" bundan sonra PSJ-ni razı salmağa çalışacaq. Parislilər Fransa millisinin üzvünü heyətdə saxlamaq istəyirlər. Ancaq onun növbəti mövsüm azad agent kimi ayrılacağını nəzərə alan rəhbərlik gələn təklifləri də dəyərləndirməyə hazırdır.

 

Daha çox


Son xəbərlər