"Zirə"nin üç rəqibi bilindi

"Zirə"nin üç rəqibi bilindi
XƏBƏR 11 İyul 2018 / 17:29 1762
-  A +

Yay təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 19-da səfərə çıxacaq komanda ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv bundan başqa daha 3 görüşə çıxacaq. Paytaxt təmsilçisi iyulun 23-də Türkiyə 1-ci liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq. Həmçinin, iyulun 30-da komada daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı