“Milan” ABŞ şirkətinin nəzarətinə keçdi

“Milan” ABŞ şirkətinin nəzarətinə keçdi
XƏBƏR 11 İyul 2018 / 16:50 2439
-  A +

“Milan” ABŞ-ın investisiya korporasiyası “Elliott Management”in nəzarətinə keçib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub xeyli borcu olduğu üçün bu çətin duruma düşüb.

“Milan”ın hazırkı sahibi olan çinli iş adamı Li Yun Xun korporasiyaya olan borcunu vaxtında ödəyə bilməyib. Onun “Elliott Management”ə 32 milyon avro borcu olub. 2017-ci lin aprel ayından indiyədək ABŞ şirkəti “Milan”a 303 milyon avro kredit verib.

“Elliott Management” klubda maliyyə sabitliyini təmin etmək üçün 50 milyon avro ayırmaq niyyətindədir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı