"Qızıl top" vecimə deyil..." - Mbappe

"Qızıl top" vecimə deyil..." - Mbappe
DÇ-2018 11 İyul 2018 / 12:29 4643
-  A +

"Bu yarışdakı ən çətin matçımız idi. Belçikanın fərqli taktikası var. Onlar çox yaxşı oyunçulara sahibdirlər. Biz xoşbəxtik. Əlimizdən gələni etdik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2018-in yarımfinalında Belçika üzərində qələbəni (1:0) şərh edərkən deyib.

O, Belçikanın budəfəki mundialda çox yaxşı oynadığını vurğulayıb: "Rəqibin çox güclü oyunçuları var idi. Onlara qarşı oynamaq çətindir. Bu dünya çempionatında Belçika çox yaxşı oynadı".

Mbappe tez-tez simulyasiya etməsi ilə bağlı ona edilən tənqidlərə də münasibət bildirib: “Simulyasiya etdiyim üçün tənqid olunuram? Hər kəs istədiyini düşünməkdə azaddır. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”.

19 yaşlı  oyunçu deyib ki, finala çıxmaq ən böyük xəyallarından biri idi: "Məqsədim komandama kömək etməkdir, ən vacibi budur. "Qızıl top" vecimə deyil, dünya çempionu olmaq istəyirəm".

Daha çox


Son xəbərlər