“Oyunlar çatışmazlıqları görmək imkanı yaratdı” - millimizin baş məşqçisi

“Oyunlar çatışmazlıqları görmək imkanı yaratdı” - millimizin baş məşqçisi
XƏBƏR 11 İyul 2018 / 11:18 1732
-  A +

“İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabr ayında bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu".

Qol.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Ramin Quliyev iyunun 20-dən iyulun 10-dək Bakıda təşkil olunan təlim-məşq toplanışını dəyərləndirərkən deyob.

O, toplanış çərçivəsində İranla keçirdikləri yoxlama görüşləri haqda da danışıb: "Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı. Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.


Son xəbərlər