"Bu dəfə hər şeyi düzgün etməliyik" - Didye Deşam

"Bu dəfə hər şeyi düzgün etməliyik" - Didye Deşam
GÜNDƏM 11 İyul 2018 / 11:00 2613
-  A +

"Birlikdə 49 gün keçirdik. Kimsə inana bilərdi ki, biz dünya çempionatının finalına çıxacağıq? Xeyr . Komanda şəklində hərəkət etdik. Bu uğurda hər kəsin haqqı var. İndi istirahət etməyə, bərpa olmağa və bizə dəstək olan ailələrimizlə görüşməyə vaxtımız var. Rəqibimiz müəyyənləşdikdən sonra hazırlıqlara başlayacağıq. Bu dəfə hər şeyi düzgün etməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in yarımfinalında Belçikaya 1:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, mundialın qalibi olmaq istədiklərini bildirib: "Bazar günü vacib oyunumuz olacaq. İki il əvvəl Avropa çempionatının finalına çıxmışdıq, amma qalib gələ bilmədik. Ümid edirəm ki, bu dəfə azarkeşlərimiz finaldan həzz alacaq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı