"Qarabağ" "Olimpiya"ya qalib gəldi

"Qarabağ" "Olimpiya"ya qalib gəldi
ÖLKƏ FUTBOLU 11 İyul 2018 / 23:54 29560
-  A +

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub.

Qol.az-ın məlumatına görə, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verib. 

Görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol:
Donald Gerrye, 79
Qırmızı vərəqələr: İssah Abass, 85 ("Olimpiya"), Qara Qarayev, 90+1 ("Qarabağ")
Baş hakim: Lourense Visser (Belçika)
Lyublyana. “Stojitse” stadionu



Daha çox


Son xəbərlər