"Qəbələ"nin potensial rəqiblərinin oyununda 3 qol

"Qəbələ"nin potensial rəqiblərinin oyununda 3 qol
DÜNYA FUTBOLU 12 İyul 2018 / 01:20 6413
-  A +

UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə 6 görüş keçirilib. Turnirdəki təmsilçilərimiz isə sabah meydana çıxacaqlar.

"Qəbələ"nin potensial rəqibləri "Rabotniçki" və "Honved" (Macarıstan) Makedoniyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" - "Proqres"  cütünün qalibi "Rabotniçki" və "Honved"dən birinə rəqdib olacaq.


Avropa Liqası I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

“Banants” (Ermənistan) - “Sarayevo” (Bosniya və Herseqovina) - 1:2
Qollar:
Ayvazyan, 34 - Ahmetoviç, 16; Haliloviç, 21

“Rabotniçki” (Makedoniya) - “Honved” (Macarıstan) - 2:1
Qollar:
Petkovski, 34; Şarkoski, 60 - Naqi, 45+1

“Vaduts” (Lixtenşteyn) - “Levski” (Bolqarıstan) - 1:0
Qol:
Kulibali, 14

“Fola” (Lüksemburq) - “Priştina” (Kosovo) - 0:0

“Klaksvik” (Farer adaları) - “Jalgiris” (Litva) - 1:2
Qollar:
Byartalid, 60 (pen.) - Antal, 40; Mbodj, 90+2

“Qlenavon” (Şimali İrlandiya) - “Molde” (Norveç) - 2:1
Qollar:
Marşall, 37; Daniels, 59 - Hestad, 36


Son xəbərlər