“Əvvəl hakimi günahlandırırdılar, indi isə VAR sistemini” - İnfantino

“Əvvəl hakimi günahlandırırdılar, indi isə VAR sistemini” -  İnfantino
DÇ-2018 11 İyul 2018 / 02:00 3914
-  A +

FİFA prezidenti Canni İnfantino DÇ-2018-də istifadə olunan VAR sistemindən danışıb.

Qol.az-ın “Matç TV”yə istinadən yaydığı xəbərə görə, ali futbol qurumunun rəhbəri bu sistemin özünü doğrultduğunu bildirib:

“Bu, uğurlu dəyişiklikdir. VAR sistemi hakimlərə aşkar səhvlərdən qaçmağa kömək edir, eləcə də inam qazandırır. 2018-ci ildə yeni texnoligiyadan istifadə etməliyik. Rusiyada baş verənlər futbolun tarixində qalacaq. Şübhəsiz ki, bu, çevriliş anıdır.

Hər zaman nəyisə yaxşılaşdırmaq mümkündür. Obyektiv şəkildə demək lazımdır ki, VAR uğur qazandı. Uduzan komanda daim günahkar axtarır. Əvvəl hakimləri günahlandırırdılar, indi isə VAR-ı”.


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı