Rusiya millisi haqda sual Deşamı qəzəbləndirdi

Rusiya millisi haqda sual Deşamı qəzəbləndirdi
DÇ-2018 10 İyul 2018 / 13:08 4663
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam dünən keçirdiyi mətbuat konfransında ona verilən bir sualdan narazı qalıb.

Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, Belçika ilə bugünkü yarımfinal matçı üçün təşkil olunan tədbirdə Rusiyanın ictimai-siyasi qəzetlərindən birinin əməkdaşı fransalı mütəxəssisə belə sual ünvanlayıb: “Rusiya millisi sizə necə təsir bağışladı. Siz sevinirsiniz ki, tale Fransanı bu komandayla üz-üzə gətirmədi?”

Buna cavab olaraq Deşam qəzəbli halda deyib: “Tərcüməçi siz əminsiniz ki, sual Rusiya millisi haqdadı? Siz doğrudan istəyirsiniz ki, mən Rusiya komandası haqda danışım? Mən nəyə görə yarımfinal ərəfəsində, özü də başqa komandayla matç oynayacağımız halda bu barədə nəsə deməliyəm? Bunda bir məntiq yoxdur. Burda xeyli belçikalı, fransalı və digər ölkələrdən də jurnalist var. Növbəti suala keçin”.

Bildirilib ki, bu sualdan sonra Deşamın əhvalı korlanıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord