Yarımfinalın oyunu Çakırda - DÇ-2018

Yarımfinalın oyunu Çakırda - DÇ-2018
DÇ-2018 9 İyul 2018 / 21:52 6212
-  A +

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də daha bir mühüm oyuna təyinat alıb.

Qol.az-ın FİFA-nın rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, o, yarımfinalda keçiriləcək Xorvatiya - İngiltərə görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Xorvatiya - İngiltərə matçl iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, C. Çakır bundan əvvəl mundialın qrupunda Mərakeş - İran  və Nigeriya - Argentina oyunlarının baş hakimi olub.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı