Ronaldonun yerinə 5 namizəd - əsas hədəf Keyndir

Ronaldonun yerinə 5 namizəd -<b style="color:red"> əsas hədəf Keyndir</b>
DÜNYA FUTBOLU 8 İyul 2018 / 21:43 9280
-  A +

“Tottenhem”in hücumçusu Harri Keyn “Real”ın əsas transfer hədəfidir.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “kral klubu” “Yuventus”a keçəcəyi gözlənilən Kriştianu Ronaldonun boşluğunu məhz ingiltərəli forvardla doldurmaq niyyətindədir. Eyni zamanda, “Real” rəhbərliyi başa düşür ki, 24 yaşlı futbolçunu transfer etmək elə də asan deyil. Çünki “Tottenhem”in prezidenti Daniel Levi ilə danışıq aparmaq çox çətindir.

Keynin dünya çempionatındakı uğurlu çıxışı ispan klubunun işini bir az da çətinləşdirə bilər. Belədə “Tottenhem” öz liderini komandada saxlamaq üçün əlindən gələni edəcək.

Əgər Keynin keçidi baş tutmasa, “Real” rəhbərliyi fikrini digər namizədlərə yönəldəcək. Bunlar isə PSJ-dən Neymar və ya Kilyan Mbappe, “Bavariya”dan Robert Levandovski, “Çelsi”dən Eden Hazarddır.

Madrid təmsilçisinin yay transfer pəncərəsində bu futbolçulardan birini heyətinə qatacağı ehtimal olunur.

Qeyd edək ki, Keyn ötən mövsüm 48 oyunda 41 qol vurub.

 

Daha çox


Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə