"Barselona"nın futbolçusu yenidən Çin klubunda - rəsmi

"Barselona"nın futbolçusu yenidən Çin klubunda - rəsmi
XƏBƏR 8 İyul 2018 / 22:03 8008
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Poulinyo karyerasını yenidən "Quançjou Everqrand" klubunda davam etdirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə Çin klubunun rəsmi saytı xəbər yayıb. Braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalansa da, detalları açıqlanmayıb. "Barselona" isə hələlik bu barədə məlumat verməyib.

Ancaq “Mundo Deportivo” nəşri 29 yaşlı oyunçunun 4 illik müqaviləyə imza atdığını və Çin klubunun bu transfer üçün kataloniyalılara 50 milyon avro verdiyini yazıb.

Xatırladaq ki, bir il əvvəl “Barselona” Paulinyonu məhz  “Quançjou”dan 40 milyon avroya almışdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord