Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Qurban Qurbanovdan transfer açıqlaması

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
Fransa ikinci dəfə dünya çempionu oldu
“Almeyda formada deyil” – Qriqorçuk
“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
Linklər
525ci Qəzet

"Məni hamıdan çox "Qarabağ" istədi" – Simeon Slavçev
A A A

[06.07.2018]
"Məni hamıdan çox "Qarabağ" istədi" –<b style="color:red"> Simeon Slavçev</b>

“Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, “Qarabağ”a keçidindən danışan yarımmüdafiəçi son vaxtlar “Sportinq”də baş verən qalmaqallara da toxunub.

- Hər şeydən əvvəl sizi transferiniz münasibətilə təbrik edirəm. Özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm. Bu keçidə görə razıyam və özümü çox yaxşı hiss edirəm. Çünki artıq “Sportinq” nağılı bitdi. Ambisiyalı komanda ilə müqavilə bağladım. Onlar məni çox istədiklərini göstərdilər. Bu klubla müqavilə bağladığım üçün şadam. Karyeramla bağlı düşünülmüş addım atdım.

- Komanda ilə bağlı ilkin təəssüratlarınız necədir? Yeni komanda yoldaşlarınız və məşqçiləriniz ilə görüşmüsünüz?

- Bəli, onlarla görüşmüşəm. “Qarabağ”da yaxşı kollektiv var. Hamı məni çox isti və yaxşı qarşıladı. Tez uyğunlaşmaq üçün rus və ya Azərbaycan dilini öyrənməliyəm. Yaxşı ki, komandada bolqar var. Bu, fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdur.

- Bir az da “Sportinq”dən necə ayrılmağınızdan danışın...

- Klub ətrafındakı bütün qalmaqal və mənfi şeylərdən sonra 1 illik müqaviləmi pozub ayrılmaq qərarına gəldim. Klub rəhbərliyi ilə vəziyyəti müzakirə etdik və onlar yenidən mənə 2-ci komandada oynamağı təklif etdilər. Bu isə mənim xoşuma gəlmədi. Klubda prezident, məşqçilər və futbolçular dəyişirlər. Ümumiyyətlə, balıq başdan iylənir. Ona görə qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarına gəldik. Məni hamıdan çox “Qarabağ istədi. Ona görə də bu addımı atdım.

- “Sportinq”dəki karyeranızı necə xatırlayırsınız?

- Təəssüf ki, çox mənfi emosiyalarla. Orada tez-tez zədələnirdim və pis insanlar var idi. Onlar mənə özümü göstərməyə imkan vermirdilər. Deyirdim ki, icazə verin, sizəSimeon Slavçevin kim olduğunu sübut edim. Təəssüf ki, mənə real şans vermədilər. Ona görə də karyeramı başqa istiqamətə yönəltdim. Bu təcrübənin mənə gələcəkdə çox köməyi olacaq.

- “Sportinq”dəki rəzaləti və Sinişa Mihayloviçin bir neçə gündən sonra qovulmasını necə şərh edərdiniz?

- Kifayət qədər qəliz vəziyyətdir. Baş məşqçidən məni əsas komandada oynadıb-oynatmayacağını soruşmaq üçün bazaya getdim. Amma onu bir dəfə də olsun görmədim. Bütün bunlar klubdakı biabırçılıqdan qaynaqlanırdı. Hətta komandanı bundan sonra kim, necə çalışdıracaq, bilinmir. Sevinirəm ki, artıq bu hadisələrin içində olmayacağam. “Sportinq” böyük klubdur, amma hazırda nələrsə yolunda getmir.

- Yeni mövsümdə hədəfləriniz nədən ibarət olacaq? Nəzərə alaq ki, “Qarabağ” öz ölkəsinin çempionu kimi Çempionlar Liqasında mübarizə aparacaq...

- Qrupa qədər hələlik keçməli olduğumuz təsnifat mərhələsi var. Hədəflərim çoxdur. İlk növbədə sağlam olmaq, əzmlə və inamlı oynayıb komandamın qarşıya qoyduğu məqsədə çatmağına kömək etmək istəyirəm. Şəxsi hədəfim isə milli komanda ilə bağlıdır.

- Rusiyada keçirilən dünya çempionatını izləyirsiniz? Mundialda azarkeşlik etdiyiniz komanda var?

- Əlbəttə, baxıram. Heç bir oyunu buraxmıram. Çempionat başlayandan favoritim Fransa millisidir. Onlara qarşı oynamışıq, kifayət qədər güclü rəqibdir. Onların finala çıxmaq üçün balanslı komandası və böyük potensialları var.  Bu baxımdan bizimlə seçmə mərhələdə oynayan 2 komandanın dünyanın ən yaxşı 8 yığma arasında olduğunu unutmayaq. Bu, seçmə mərhələni keçə bilməməyimizə haqq qazandırmır. Ancaq bu, göstərir ki, bizim qrup elədəasan deyildi.

- Sizcə, yeni dünya çempionu kim olacaq?

- Düşünürəm ki, çempion Fransa olacaq. Onlara azarkeşlik edirəm. Digər finalçı isə mənim üçün sürpriz olardı.

- Yəqin ki, hər bir futbolçu kimi belə bir turnirdə oynamağı arzu edirsiniz. Necə düşünürsünüz, Bolqarıstanın yaxın illərdə dünya və ya Avropa çempionatına iddia etməyə gücü var? Görürük ki, son vaxtlar güclü və zəif komanda anlayışı yoxdur...

- Bu, olduqca həssas mövzudur, çünki seçmə mərhələlərdə stabil oyun göstərə bilmirik. Amma inanıram ki, növbəti yarışlarda uğur qazana biləcəyik. Gücümüz var. Ötən seçmə mərhələdə Hollandiya və İsveç kimi favoritləri məğlub etdik. Fransaya isə minimal hesabla uduzduq. Bəli, bir çox insan deyir ki, biz heç nə itirməmişik, bu yalnız bir məqsəddir. Amma Argentina da bir top fərqilə Fransaya məğlub oldu  və mundialla vidalaşdı.

- Son sualdır. Yaxın gələcəkdə sizi yerli klublardan birində görə bilərimi?

- Belə bir niyyətim yoxdur. Bütün fikrimi karyeramı ölkə xaricində davam etdirməyə yönəltmişəm. Bu da karyeramda irəliyə doğru bir addımdır. Ölkə xaricində inkişaf etmək üçün yaxşı imkanlarım var.

4681 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.07.2018  20:24 "Qarabağ"a sürpriz etməyi düşünmürəm" - "Olimpiya"nın baş məşqçisi
17.07.2018  19:10 "Məni yalnız sabahkı görüş maraqlandırır" - Qurban Qurbanov
17.07.2018  17:53 "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
17.07.2018  15:34 "Bakıda "Qarabağ"dan daha yaxşı oynamalıyıq" – İliya Stolitsa
17.07.2018  14:48 Yuri Maksimovdan istefası ilə bağlı sensasiyalı açıqlamalar
17.07.2018  11:44 "Bu hesab "Qarabağ"da arxayınlıq yarada bilər" - Ağasəlim Mircavadov
16.07.2018  20:30 "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
16.07.2018  18:22 Yuri Maksimov “Keşlə”dən getdi
16.07.2018  16:46 "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16.07.2018  15:27 Cənubi koreyalılar haqda...
16.07.2018  10:30 Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası
15.07.2018  13:03 “Almeyda formada deyil” – Qriqorçuk
14.07.2018  16:32 “O, Çempionlar Liqasında da “Qarabağ”ın liderlərindən idi”
14.07.2018  14:57 "Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi
13.07.2018  17:20 "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - Ramil Şeydayev
13.07.2018  15:58 "Trabzonspor"un baş məşqçisi "Qarabağ"ın oyununu niyə izləyib?
13.07.2018  12:43 “Bu, təsadüfi nəticədir, cavab oyununu gözləyək” - İlqar Qurbanov
13.07.2018  10:52 "Keşlə" - "Baltsan": hakimlər açıqlandı
13.07.2018  10:34 Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi
12.07.2018  22:49 “Neftçi”dən əzmkar qələbə
 
 
  17.07.18
20:24
  "Qarabağ"a sürpriz etməyi düşünmürəm" - "Olimpiya"nın baş məşqçisi
19:29
  Qurban Qurbanovdan transfer açıqlaması
19:10
  "Məni yalnız sabahkı görüş maraqlandırır" - Qurban Qurbanov
18:43
  "Liverpul"dan "Roma"ya 70 milyonluq təklif
17:53
  "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
17:33
  "Mançester Yunayted" iki xorvat oyunçu alır
17:05
  Macarıstan millisinin üzvü "Qarabağ"a keçir?
16:48
  Beyl qərarını verdi - gedir, yoxsa qalır?
16:23
  İslandiya millisinin baş məşqçisi istefa verdi
16:05
  "Qarabağ”dan qorxmuruq" – "Olimpiya"nın futbolçusu
15:42
  Klublarımızın yay transferləri - Yenilənir
15:34
  "Bakıda "Qarabağ"dan daha yaxşı oynamalıyıq" – İliya Stolitsa
15:20
  "Əminəm ki, 1 və ya 2 qol vura bilərik” - "Olimpiya"nın kapitanı
14:48
  Yuri Maksimovdan istefası ilə bağlı sensasiyalı açıqlamalar
14:24
  Ukraynalı futbolçu "Sabah"da - rəsmi
14:02
  Azərbaycanlı hakim Avropa çempionatının oyununda
13:41
  "Mançester Yunayted"in yeni forması - Şəkillər
13:09
  "Trabzonspor"un ən zəif oyunçusu - Ramil Şeydayev
12:38
  "Qarabağ" dəstəksiz qalmasın!
12:19
  "Türkiyə və Hollandiya klublarından təklif almışam" - millimizin üzvü
11:44
  "Bu hesab "Qarabağ"da arxayınlıq yarada bilər" - Ağasəlim Mircavadov
11:19
  Günün canlı oyunları - Etopaz-da
10:57
  Məşhur futbolçu millidəki karyerasını başa vurdu
10:30
  Xorvatiyanı 500 mindən çox insan qarşıladı - Video, Şəkillər
09:57
  "Mançester Yunayted"in futbolçusu "Ayaks"da
01:50
  Avroliqada 3 oyun - Yenilənir
01:32
  Sabiq "Qarabağ"lı Polşa klubunda
00:15
  Çempionlar Parisdə - Şəkillər
  16.07.18
23:07
  "Qəbələ" gedir
22:45
  Cüneyt Çakır coşqu ilə qarşılandı - video
22:26
  "Keşlə" Maksimovun gedişini rəsmən təsdiqlədi
22:07
  "Yuventus"la tarix yazmaq istəyirəm" - Ronaldo
21:35
  "Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq
21:12
  "Putin dünya çempionatına əla hazırlaşmışdı" – Maradona
20:30
  "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
19:05
  "Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia
18:48
  Millidə debüt etmədən dünya çempionu oldu
18:22
  Yuri Maksimov “Keşlə”dən getdi
17:39
  “Qəbələ”nin rəqibindən qələbə
17:07
  Mbappe mundialdakı qazancından imtina etdi
16:46
  "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16:38
  Prezident Əliyevdən dünya çempionatı təbrikləri
16:30
  Ronaldo “Yuventus”da tibbi müayinədən keçdi – Video
16:00
  “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
15:27
  Cənubi koreyalılar haqda...
14:30
  Günün canlı oyunları - Etopaz-da
14:11
  Mbappe PSJ-dən ayrılacaq? - açıqlama
13:50
  “Olimpiya” sabah gəlir – itkilərlə
13:45
  Ronaldo "Yuventus"un bazasında - Şəkil
13:17
  "Qarabağ"ın oyunu canlı yayımda
12:55
  “Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
12:44
  DÇ-2018-in finalında prezidentlərin səmimi görüntüləri - Şəkillər
12:26
  “Fransa futbol oynamadı” – Deyan Lovren
12:10
  Fransa millisindəki karyerasını başa vurdu
11:56
  "Hələ heç nə itirilməyib " - Amil Yunanov
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore