"Azərbaycan klubunda xaos idi" – argentinalı futbolçu

"Azərbaycan klubunda xaos idi" – argentinalı futbolçu
ÖLKƏ FUTBOLU 5 İyul 2018 / 17:24 8326
-  A +

“Azərbaycanda olanda bilirdim ki, yarım ildən sonra “Zlin”ə qayıdacağam və buna görə formada olmalıydım”.

Qol.az-ın məlumatına görə, bu sözləri mövsümün sonunda “Keşlə”dən ayrılan Pablo Podio Çexiya mətbuatına açıqlamasında deyib. Qış fasiləsində “Zlin”dən icarəyə götürülən argentinalı yarımmüdafiəçi təlim-məşq toplanışı zamanı keçirilən yoxlama oyunlarından birində zədə almışdı. Təxminən 1 ay zədəsini sağaltmaqla məşğul olan futbolçu martın 4-də “Zirə”yə qarşı matçda Azərbaycan çempionatında debüt edmişdi. Lakin baş məşqçi Yuri Maksimov 35-ci dəqiqədə onu əvəzləmiş və oyundan sonra verdiyi açıqlamada Podionun oyun üslubunun onu qane etmədiyini bildirmişdi. Elə 28 yaşlı yarımmüdafiəçi də “Keşlə”də əsas heyətə düşə bilməməsini ukraynalı mütəxəssislə əlaqələndirib:

“Orada oynamasam da, məşq edir, üzərimdə işləyirdim. Ümid edirəm ki, bu, “Zlin”də mənə kömək olacaq. “Keşlə”yə bir neçə oyun keçirmək üçün getmişdim. Amma sonradan məşqçi ilə aramızda fikir ayrılığı yarandı. Ona görə də orada işlərim yaxşı getmədi”.

Azərbaycan Premyer Liqasında cəmi 2 oyunda meydana çıxan Podio “Keşlə”dəki problemlərdən də söz açıb: “Keşlə”nin futbolçuları mənə kömək edirdilər. Ancaq klubda qarışıqlıq var idi. Rəhbərlik dəyişilmişdi. Komandanı kimin çalışdıracağı bəlli deyildi. Futbolçuların kimin oynayacağını bilmirdilər. Komandada müəyyən xaos var idi. Belə vəziyyətdə nəsə etməyim çətin idi. “Zlin”ə qayıtdığım üçün şadam. Çexiya Liqası Azərbaycan çempionatından çox yaxşıdır”.

Qeyd edək ki, Pablo “Keşlə”dən ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu “Zlin” klubuna qayıdıb

Daha çox


Son xəbərlər