İsveç və İngiltərə 1/4 finalda

İsveç və İngiltərə 1/4 finalda
DÜNYA FUTBOLU 4 İyul 2018 / 00:52 15189
-  A +

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşib.

İlk oyunda İsveç İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda Kolumbiya ilə İngiltərə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb - 1:1. Penaltilər seriyasında isə ingilislər sevinib - 4:3.


DÇ-2018

1/8 final

3 iyul

Kolumbiya - İngiltərə - 1:1 pen - 3:4
Qollar:
Keyn, 58-pen (0:1), Yerri Mina, 90+3 (1:1)
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.

İsveç - İsveçrə - 1:0
Qol:
Emil Forsberg, 66
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu



30 iyun

Uruqvay - Portuqaliya - 2:1

Fransa - Argentina - 4:3

1 iyul

İspaniya - Rusiya - 1:1 pen-2:4

Xorvatiya - Danimarka - 1:1 pen-3:2

2 iyul

Belçika - Yaponiya - 3:2

Braziliya - Meksika - 2:0


Son xəbərlər