Maradonadan fransızsayağı öpüş - Şəkillər

Maradonadan fransızsayağı öpüş -  Şəkillər
DÇ-2018 1 İyul 2018 / 02:55 8278
-  A +

DÇ-2018-in 1/8 final mərhələsində keçirilən Fransa – Argentina matçını (4:3) əfsanəvi futbolçu Dieqo Maradona da stadiondan izləyib.

Qol.az-ın xəbərinə görə, həkimlər bir neçə gün əvvəl səhhətində problem yaranan argentinalı veteran hücumçuya futbola baxmağı qadağan etsə də, o, buna məhəl qoymayıb.

Özündən 30 yaş kiçik sevgilisi Rosio Oliva ilə oyuna tamaşa edən Armando vaxtını yaxşı keçirib. Sol tərəfində braziliya futbolunun canlı əfsanəsi Ronaldo əyləşsə də, Maradonanın başı sevgilisi ilə qarışıb. 

Argentinanın Fransaya uduzduğu oyunda Maradona Oliva ilə fransızsayağı öpüş nümayiş etdirib.

Xatırladaq ki, Fransaya 3:4 hesabı ilə məğlub olan Argentina millisi mundialla vidalaşıb.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər