Maradonanın halı pisləşdi - Şəkillər

Maradonanın halı pisləşdi - Şəkillər
DÇ-2018 27 İyun 2018 / 09:49 4691
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Nigeriya - Argentina oyunundan (1:2) sonra halı pisləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, matçı stadiondan izləyən mütəxəssisin görüş bitdikdən sonra təzyiqi düşüb. Bu səbəbdən o, tribunanı insanların köməkliyi ilə tərk edib.

D.Maradonanın hazırda səhhətinin yaxşı olduğu bildirilib. Onun Serbiya - Braziliya matçını izləmək üçün Moskvaya getdiyi vurğulanıb.

Qeyd edək ki, Argentina Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Xatırladaq ki, D.Maradonanın xəstəxanaya yerləşdirildi iddia olunurdu.
































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı