İspaniya və Portuqaliya 1/8 finalda

İspaniya və Portuqaliya 1/8 finalda
DÜNYA FUTBOLU 25 İyun 2018 / 23:56 21613
-  A +

Bu gün dünya çempionatının qrup mərhələsində son tura start verilib.

Qol.az xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçirilib.

İlk olaraq A qrupunun komanları mübarizəyə qoşulublar. Bu qrupda pley-off mərhələsinə yüksələn Rusiya və Uruqvay qarşılaşıb. Matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçı isə birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca B qrupunun kollektivləri üz-üzə gəlib. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var idi. Əsas diqqətlər İran - Portuqaliya matçına yönəlmişdi. Qrupun hər iki oyununda bərabərlik qeydə alındığından İspaniya və Portuqaliya 1/8 finala yüksəlib. İran və Mərakeş isə mübarizəni dayandırıb. 

Uruqvay qrupu 1-ci, Rusiya 2-ci pillədə başa vurub. Uruqvay növbəti mərhələdə B qrupunun 2-cisi Portuqaliya, Rusiya isə B qrupunun 1-cisi İspaniya ilə qarşılaşacaq.


DÇ-2018

25 iyun

B qrupu

22:00. İran - Portuqaliya - 1:1
Qol:
Kuarejma, 45, (0:1), Ansarifard, 90+3 (1:1)
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena"

22:00. İspaniya - Mərakeş - 2:2
Qollar:
Boutaib, 14 (0:1), İsko, 19 (1:1), En Nesiri, 81 (1:2), Aspas, 90+3
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu



1.

İspaniya

3

1

1

0

6:5

5

2.

Portuqaliya

3

1

2

0

5:4

5

3.

İran

3

1

1

1

2:2

4

4.

Mərakeş

3

0

1

2

2:4

1




A qrupu

18:00. Uruqvay - Rusiya - 3:0
Qollar:
L. Suares, 10 (1:0), D. Çerışev, 23-avtoqol (2:0), Kavani, 90 (3:0)
Qırmızı vərəqə: İ. Smolnikov, 36
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena"

18:00. Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar:
M. Salah, 22 (0:1), S. Əl-Hadari, 45+2-penalti (1:1), Salem, 90+5 (2:1)
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena"

1.

Uruqvay

3

3

0

0

5:0

9

2.

Rusiya

3

2

0

1

8:4

6

3.

S.Ərəbistanı

3

1

0

2

2:7

3

4.

Misir

3

0

0

3

2:6

0


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord