"Ölkəmizin bizimlə fəxr etməsini istəyirik”

"Ölkəmizin bizimlə fəxr etməsini istəyirik”
DÇ-2018 25 İyun 2018 / 01:13 4098
-  A +

Mərakeş millisinin qapıçısı Munir Məhəmmədi dünya çempionatının qrup mərhələsinin son turunda İspaniyaya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ım xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 29 yaşlı qolkiper bildirib ki, növbəti mərhələ şansını itirsələr də, mundialla qələbə ilə vidalaşmaq istəyirlər:

“Biz heç vaxt rəqibdən çəkinmirik. Təbii ki, ispanların heyətində yüksəksəviyyəli futbolçular cəmləşib. Bütün oyunçulara hörmətlə yanaşırıq. Anlayırıq ki, İspaniya yığmasında zəif nöqtə tapmaq çətindir. 

Oyun tam köklənməliyik. 90 dəqiqə ərzində yaxaladığımız epizodları dəyərləndirməliyik. Aydın məsələdir ki, oyunun nəticəsi bizim üçün heç nəyi dəyişmir. Bununla belə, turniri major notda başa vurmağa çalışacağıq. İspaniyaya qalib gəlib ökəmizin bizimlə fəxr etməsini istəyirik”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı