“Avropa Liqasında zəif rəqib olmur” - Asif Məmmədov

“Avropa Liqasında zəif rəqib olmur” -  Asif Məmmədov
ÖLKƏ FUTBOLU 25 İyun 2018 / 00:28 1789
-  A +

“Qəbələ”nin futbolçusu Asif Məmmədov komandanın hazırlıq prosesi və ilk yoxlama oyunu barədə fikirlərini açıqlayıb.

Qol.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi gabalafc.az saytına açıqlamasında Sloveniyadakı təlim-məşq toplanışının arxada qalan hissəsindən razılığını qeyd edib:

“Hazırlıq prosesi yaxşı keçir. Qəbələdə baş tutan ilk mərhələdə fiziki hazırlıq üzərində çalışmışdıq. Sloveniyada isə daha çox toplu məşqləri gerçəkləşdiririk. Vaxt azlığı və heyətdəki dəyişiklikləri nəzərə alsaq, üzərimizdə çox işləməliyik. İlk yoxlama oyununda “Kukesi” ilə qarşılaşdıq. Düzdür, hər şey tam istədiyimiz kimi alınmadı. Çünki biz daha yaxşı oynamalıyıq. Lakin Albaniya təmsilçisi ilə matç ilk görüşümüz olduğundan qarşılaşmanı müsbət dəyərləndirərdim”.

Məmmədov komandadakı baş məşqçi dəyişikliyi barədə fikirlərini də açıqlayıb. O bildirib ki, uzun müddət komandada çalışan Sənan Qurbanovun baş məşqçi kimi uğurlar qazanmasında bütün komanda pay sahibi olacaq: “Qurbanovla neçə müddətdir birlikdə çalışırıq. Necə mütəxəssis olduğuna bələdik. Daim öz üzərində işləyir. Gənc olmasına baxmayaraq, təcrübəli mütəxəssislərlə çalışmaqla böyük təcrübə qazanıb. Bütün “Qəbələ” camiəsinin ona böyük ümidləri var. Biz futbolçular da uğur qazanmaqda ona yardım etməliyik. Nəticədə bu, komandanın uğuru olacaq”.

Yarımmüdafiəçi UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirib, “Qəbələ”nin I təsnifat mərhələsinin “Proqres”lə dueldəki şanslarından da danışıb: “Əslində, mümkün 5 rəqib arasında ciddi fərq yox idi. Çünki UEFA Avropa Liqasında zəif rəqib olmur. Həm “Qəbələ”, həm də “Proqres” yay fasiləsindən sonra ilk rəsmi matçına çıxacaq. Buna görə də rəqiblərin ikisinə də çətin olacaq. Hazırda şanslar 50-nin 50-yədir. Lakin bizim Avropa təcrübəmiz daha çoxdur. Çalışacağıq ki, Lüksemburq təmsilçisini mübarizədən kənarlaşdıraq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın