DÇ-2018-də yeni bombardir!

DÇ-2018-də yeni bombardir!
DÇ-2018 24 İyun 2018 / 17:27 7671
-  A +

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2018-in bombardirlər siyahısında vahid liderliyə yüksəlib.

Qol.az-ın xəbərinə görə, bu gün Panamayla matçda het-trik edən “Tottenhem”li oyunçu vurduğu qolların sayını 5-ə çatdırıb.

Qeyd edək ki, Panama ilə matçda Keyn qollardan ikisini penaltidən vurub, üçüncü qol zamanı isə top onun ayağına (ehtimala görə, oyundankənar vəziyyət zamanı) dəyərək tora daxil olub. Buna baxmayaraq, qol onun adına yazılıb.

Qeyd edək ki, bombardirlər siyahısında sonrakı yerləri hərəyə 4 qol vuran Kriştiano Ronaldo (Portuqaliya) və Romelu Lukaku (Belçika) tutur.

Hər üç futbolçu bütün qolları 2 oyunda vurublar.

Daha çox


Son xəbərlər