Maradonadan növbəti sərt açıqlamalar

Maradonadan növbəti sərt açıqlamalar
DÇ-2018 24 İyun 2018 / 11:32 7273
-  A +

Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, o, həmyerlilərinin DÇ-2018-dəki uğursuz çıxışının səbəbkarı kimi çalışdırıcını gördüyünü söyləyib: “İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”.

Maradona baş verənlərə görə federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar”.

O, Lionel Messiyə yönələn ittihamlar haqda da danışıb: “Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord