Farfanın son durumu – hələ də xəstəxanadadır

Farfanın son durumu – hələ də xəstəxanadadır
DÇ-2018 24 İyun 2018 / 09:50 2483
-  A +

Komandasının məşqində başından zədə alan Peru millisinin hücumçusu Cefferson Farfanın son durumu müəyyənləşib.

Qol.az "TASS" agentliyinə istinadən xəbərə verir ki, həkimlərin diaqnozuna əsasən, dünən xəstəxanaya yerləşdirilən futbolçunun beyni silkələnib. Oyunçuya yaxın mənbə agentliyə verdiyi açıqlamasında Farfanın sağlamlığında ciddi təhlükə olmadığını deyib: "Həkimlər onu 3 gün xəstəxanada saxlamağa qərar veriblər. Bazar ertəsi müayinədən keçəcək".

Qeyd edək ki, məşqdə top uğrunda mübarizə zamanı komanda yoldaşı ilə toqquşan 33 yaşlı hücumçu huşunu itirmişdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord