"Almanlar düzgün hərəkət etmədi" - İsveç milisinin baş məşqçisi

"Almanlar düzgün hərəkət etmədi" - İsveç milisinin baş məşqçisi
DÇ-2018 24 İyun 2018 / 01:46 7612
-  A +

"Məşqçi karyeramın ən ağır matçlarından biri oldu. Son dəqiqələrdə yorulmuşduq. Ona görə də qol buraxdıq. Hələ də növbəti tura keçməyimiz üçün şansımız var.  Əlimizdən gələni edəcəyik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu  sözləri İsveç millisinin baş məşqçisi Yanne Andresson DÇ-2018-in qrup mərhələsində Almaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, son dəqiqələrdə qapılarından qol buraxdıqları üçün çox təəssüfləniblər: "Almanlar gözümüzün önündə qələbəni qeyd etməyə başladı. Buna çox əsəbiləşdim. Matç bitən zaman əli sıxıb getmək lazımdır. Onların etdiyi hərəkət düzgün deyildi".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın