Argentinalılar xorvat azarkeşi vəhşicəsinə döydülər – video

Argentinalılar xorvat azarkeşi vəhşicəsinə döydülər – video
DÇ-2018 23 İyun 2018 / 12:07 4625
-  A +

DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda keçirilən Argentina – Xorvatiya oyunu zamanı insident yaşanıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı azarkeşlər xorvatiyalı fanatı vəhşicəsinə döyüblər. Yalnız mühafizəçilər və yaxınlıqdan keçən insanların müdaxiləsindən sonra davanın qarşısını almaq mümkün olub.

Nijni Novqorodda olan xorvatiyalı jurnalist Kreşimir Laçkoviç də baş vermiş hadisəni təsdiqləyib: “Görünür, içdikləri pivə və araq argentinalıları daha da qəzəbli edib. Oyun vaxtı stadiona 40 min azarkeş toplaşanda onların arasında 5-10 nəfər anormal adam ola bilər. Davaya qədər nə olduğunu bilmirəm. Amma rusiyalı mühafizəçilər rüsvayçılığın qarşısını vaxtında aldılar. Onlar çox peşəkar işlədilər. Afərin!”.

Qeyd edək ki, sözügedən oyunda Argentina Xorvatiyaya 0:3 hesabı ilə uduzmuşdu.


Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı