Cakanın vətəni üçün jesti

Cakanın vətəni üçün jesti
DÇ-2018 23 İyun 2018 / 11:17 5294
-  A +

İsveçrə millisinin üzvü Qranit Caka DÇ-2018-in qrup mərhələsinin 2-ci turunun Serbiya ilə oyununda vurduğu qoldan sonra etdiyi hərəkətin səbəbini açıqlayıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, əllərini Albaniyanın bayrağındakı qartal formasında tutaraq qol sevinci yaşayan yarımmüdafiəçi bunun heç bir siyasi mesaj olmadığını bildirib. Caka bunu valideynləri və yaxınları üçün etdiyini söyləyib:

“Bu, mənim üçün xüsusi oyun idi. Bu qələbəni hər zaman məni dəstəkləyən dostlarıma və valideynlərimə həsr edirəm. Qolu o formada qeyd etməyim rəqib üçün mesaj deyil. Bu, həmişə mənimlə olan insanlar, mənim vətənim, valideynlərimin doğulduğu yer üçün bir jestdir. Bu, sırf duyğularla bağlı məsələdir”.

Qeyd edək ki, Cakanın valideynləri Kosovo albanlarıdır. Serbiya isə Kosovonun müstəqilliyini tanımır.

Xatırladaq ki, dünənki oyunda İsveçrə Qranit Caka və Xerdan Şakirinin vurduğu qollarla Serbiyanı 2:1 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı