"Nə hava, nə də parlaq günəş..."

"Nə hava, nə də parlaq günəş..."
DÇ-2018 23 İyun 2018 / 10:47 3536
-  A +

İslandiya millisinin yarımmüdafiəçisi Qilfi Siqurdsson DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Nigeriyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, futbolçu 83-cü dəqiqədə rəqib qapısına təyin olunmuş penaltini boşa verməsinə də toxunub. Siqurdsson epizodu belə izah edib:

“Həmin vaxt çox kədərləndim. Penaltini qaçırmağıma nə hava, nə parlaq günəş, nə də yorğunluq səbəb oldu. Buna heç cür haqq qazandırmaq olmaz. Sadəcə, belə alındı”.

Qeyd edək ki, Siqurdsson hesab 0:2 olarkən hakimin təyin etdiyi penaltini qapının üstündən vurub.

Daha çox


Son xəbərlər