“Qəbələ” də heç-heçə etdi

“Qəbələ” də heç-heçə etdi
ÖLKƏ FUTBOLU 23 İyun 2018 / 21:57 5832
-  A +

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb.
 
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib - 2:1.

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Yoxlama görüşü

“Qəbələ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 1:1
"Qəbələ"nin qolu:
Stiven Jozef-Monroz, 79

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı