“Sona qədər təslim olmadıq” - Koutinyo

“Sona qədər təslim olmadıq” -  Koutinyo
XƏBƏR 23 İyun 2018 / 02:15 1894
-  A +

Braziliya millisinin yarımmüdafiəçisi Fillippe Koutinyo Kosta-Rika üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, qələbə qazanmaq üçün sonadək mübarizə apardıqlarını bildirib:

“Çox çətin oyun alındı. Əvvəldən də belə olacağını gözləyirdik. Biz meydana qələbə üçün çıxmışdıq. Yaxşı ki, rəqibi sona qədər sıxışdırmaq və sonda fərqlənmək mümkün oldu. Oyunun ən yaxşı seçildiyim üçün şadam. Amma millinin qələbəsi bundan daha vacibdir.

Kost-Rika yığması keyfiyyətli komandadır. Rəqibin orta xətti çox güclüdür. Lakin biz sona qədər təslim olmadıq. Psixoloji cəhətdən güclü olduğumuz üçünb yekunda istəyimizə çatdıq”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord