İslandiyanın baş məşqçisi istidən şikayətləndi

İslandiyanın baş məşqçisi istidən şikayətləndi
XƏBƏR 23 İyun 2018 / 01:58 2661
-  A +

İslandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson Nigeriyaya məğlubiyyəti şərh edib.

Qol.az-ın Rusiya məğlubiyyətinə istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssis 0:2 hesablı yenilgidə hava şəraitinin də rolunun olduğunu söyləyib:

“Oyunçularımızın özlərinə bənzəməmələri fikri ilə razı deyiləm. Biz sürətdə rəqibə uduzmurduq. Razıyam, ideal oyun sərgiləmədik. İstədiklərimizin hamısını həyata keçirmək mümkün olmadı.

Bəlkə də bu, hava şəraiti ilə əlaqədardır. Çünki Volqoqradda çox istidir. Amma yenilgimizin əsas səbəbi odur ki, Nigeriya daha yaxşı oynadı. Etiraf edim ki, onlarla qarşı mübarizə aparmaq çətin idi”.

 


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq