Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki
DÇ-2018 22 İyun 2018 / 22:40 3827
-  A +

Sabah dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveçlə qarşılaşacaq Almaniya millisi ciddi itki ilə üzləşib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı müdafiəçilərindən Mats Hummels zədələnib. Bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv məlumat verib:

“Hummels sabah oynaya bilməyəcək. Boynunda zədəsi var. Normal məşq də edə bilmir. Amma sağalmaq üçün hələ vaxtı var. Bu cür zədələr 1 günə sağalmır. Bizə hava mübarizəsində yaxşı oynayan futbolçular lazımdır. Sabahkı oyunla bağlı bəzi ideya və planlarım var”.

Qeyd edək ki, Almaniya – İsveç oyunu sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq. Almanlar qrupun ilk matçında Meksikaya 0:1 hesabı ilə uduzublar.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"