Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşdi

Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşdi
XƏBƏR 22 İyun 2018 / 19:18 3458
-  A +

2018/2019 mövsümündə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva MOİK-nin Futbol Akademiyasında çalışıb. Babayev həmçinin 2008-2011 U-15 və U-17 yığmalarımızda da işləyib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı