Kosta-Rika da mundialla vidalaşdı

Kosta-Rika da mundialla vidalaşdı
DÇ-2018 22 İyun 2018 / 18:20 2628
-  A +

Daha bir ölkə üçün DÇ-2018 vaxtından əvvəl başa çatıb.

Qol.az-ın məlumatına görə, bu gün E qrupunun 2-ci turunda Braziliyaya uduzan Kosta-Rika millisi mundialla erkən vidalaşıb. Qrupun digər oyununda keçiriləcək Serbiya – İsveçrə matçının nəticəsindən asılı olmayaraq, kosta-rikalıların 1/8 final mərhələsinə çıxmaq şansları qalmayıb.

Qeyd edək ki, qrupa 4 xalla Braziliya başçılıq edir. Serbiya 3 xalla 2-ci, İsveçrə isə 1 xalla 3-cüdür. Sonuncu Kosta-Rikanın isə xalı yoxdur. Onlar Braziliyadan öncə Serbiyaya 0:1 hesabı ilə uduzmuşdular.

Xatırladaq ki, Kosta-Rikadan öncə Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Peru dünya çempionatı ilə erkən vidalaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı