Bundesliqanın ən gənc baş məşqçisi klubunu dəyişir

Bundesliqanın ən gənc baş məşqçisi klubunu dəyişir
XƏBƏR 22 İyun 2018 / 13:10 3326
-  A +

Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Yulian Naqelsmann gələn mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az-ın xəbərinə görə, 30 yaşlı məşqçi 2019/20 mövsümündən etibarən “Leyptsiq” klubunu çalışdıracaq. Bu barədə “Leyptsiq”in rəsmi saytı məlumat yayıb.

Naqelsmanın “Hoffenhaym”la müqaviləsi olsa da, artıq “Leyptsiq”lə 4 illik saziş bağlayıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının ən gənc baş məşqçisi kimi tarixə düşən Naqelsmanın çalışdırdığı “Hoffenhaym” ötən mövsümü 3-cü pillədə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Son xəbərlər