İslandiya millisində Qudmundsson müəmması

İslandiya millisində Qudmundsson müəmması
DÇ-2018 22 İyun 2018 / 12:06 3784
-  A +

İslandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson komandanın aparıcı üzvlərindən biri olan Yohan Qudmundssonun zədəsinin son durumu ilə bağlı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, 27 yaşlı hücumçu DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Nigeriya ilə oyunu böyük ehtimalla buraxacaq: "Qudmundssonun bu oyuna kimi hazır olacağı gözləmirəm. İlk andan onun sağalma prosesi sürətləndi. Amma sizdən heç nə gizlətməyəcəm. Onun hazır olması sürpriz olacaq".

O bildirib ki, Qudmundssonun yerinə kim oynasa, əlindən gələni edəcək: "Hazırlıq mərhələsində oyunlarda heyətdə dəyişikliklər etdik. Bir çox oyunçuya şans verdik. Qudmundssonun əvəzinə kim oynasa, əlindən gələni edəcək. Sistemi dəyişdirməyə ehtiyac yoxdur".

Qeyd edək ki, İslandiya bu gün Nigeriya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı