Argentina millisində kütləvi narazılıq - baş məşqçi getsin!

Argentina millisində kütləvi narazılıq -  baş məşqçi getsin!
DÇ-2018 22 İyun 2018 / 11:35 5894
-  A +

Argentina millisinin futbolçuları baş məşqçi Xorxe Sampaolidən narazıdır.

Qol.az-ın Argentina mətbuatına istinadən yaydığı xəbərə görə, komanda üzvləri DÇ-2018-in 3-cü turunda Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Futbolçular köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş ediblər.

Xatırladaq ki, ilk turda İslandiya ilə heç-heçə edən Argentina millisi son oyunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. 1 xalla qrupda 3-cü olan komanda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.

Sampaoli yığmanın uğursuz çıxışlarına görə çox tənqid edilir. Onun istefaya göndəriləcəyi haqda xəbərlər də yayılıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı