Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - DÇ-2018

Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə -   DÇ-2018
DÇ-2018 22 İyun 2018 / 23:53 19147
-  A +

Dünya çempionatında 2-ci turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçirilib.

E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.

E qrupunun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gəliblər. Matçda hesabı Serbiya açsa da, İsveçrə yığması sonradan 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşıb. Bu oyunun nəticəsi daha maraqla gözlənilirdi. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaqdı. Ancaq islandiyalıların Nigeriyaya uduzması intriqanı son tura saxlayıb.



22 iyun

DÇ-2018

II tur

E qrupu


Serbiya – İsveçrə - 1:2
Qollar:
Aleksandr Mitroviç, 6 (1:0) - Qranit Caaka, 52 (1:1), Xerdan Şakiri, 90 (1:2)
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”


Braziliya – Kosta-Rika - 2:0
Qollar:
F. Koutinyo, 90+1 (1:0), Neymar, 90+7 (2:0)
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”



1.

Braziliya

2

1

1

0

3:1

4

2.

İsveçrə

2

1

1

0

3:2

4

3.

Serbiya

2

1

0

1

2:2

3

4.

Kosta Rika

2

0

0

2

0:3

0




D qrupu

19:00. Nigeriya - İslandiya - 2:0
Qollar:
A. Musa, 49, 75
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. "Volqoqrad Arena"


21 iyun

Argentina - Xorvatiya - 0:3

1.

Xorvatiya

2

2

0

0

5:0

6

2.

Nigeriya

2

1

0

1

2:2

3

3.

İslandiya

2

0

1

1

1:3

1

4.

Argentina

2

0

1

1

1:4

1

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı