“Bu məğlubiyyətdə mən cavabdehlik daşıyıram. Verdiyim qərarlara görə, mən cavab verməliyəm.
Bugünkü məğlubiyyət də mənim qərarlarımın nəticəsidir”.
Qol.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in 2-ci turunda Xorvatiyaya uduzduqları oyunu (0:3) şərh edərkən deyib.
Oyundan sonra keçirilən mətbuat konfransında qapıçı Villi Kabalyeronun buraxılan ilk qoldakı kobud səhvinə münasibət bildirən çalışdırıcı onu günahlandırmadığını qeyd edib: “Düşünmürəm ki, olanların məsuliyyətini Kabalyero daşıyır. Həmişə istəmişəm ki, futbolçuları yaxşı çıxış etdikləri mövqedə oynadım. Realllıq budur ki, Argentina millisini əvvəlki vaxtlarına qaytara biləcək futbolçular tapmamışıq. Futbolçularımızın hər biri fərdi ustalıq baxımından seçilsə də, komandada anlaşma yaxşı vəziyyətdə deyil”.
Sampaoli komandanın kapitanı Lionel Messinin zəif çıxışına da toxunub: “Biz həmişə çalışırıq ki, top Messidə olsun. Ancaq rəqiblər çalışırılar ki, top onun ayağına dəyməsin”.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı