"Qarabağ" Avstriya toplanışına start verdi - Şəkillər

"Qarabağ" Avstriya toplanışına start verdi -  Şəkillər
XƏBƏR 21 İyun 2018 / 20:17 3518
-  A +

Dünən Avstriyaya yollanan "Qarabağ" bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçular daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib.

Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) olacaq.






















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki