Hamann Özilin müdafiəsinə qalxdı: "Ondan əl çəkin"

Hamann Özilin müdafiəsinə qalxdı:  "Ondan əl çəkin"
XƏBƏR 21 İyun 2018 / 18:15 4785
-  A +

Almaniya millisinin sabiq üzvü Ditmar Hamann Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra tənqid atəşinə tutulan Məsut Özilin müdafiəsinə qalxıb.

Qol.az-ın məlumatına görə, "Bavariya", "Liverpul" və "Mançester Siti" kimi klubların şərəfini qorumuş veteran yarımmüdafiəçi "Kicker" nəşrinə açıqlamasında almanların türk əsilli futbolçunu rahat buraxmalarını istəyib:

"Özildən əlinizi çəkin. Dünya çempionatında komanda olaraq uöur qazanmaq istəyiriksə, Məsuta güvənməliyik. O, yığma üçün vacib oyunçulardan biri, hətta birincisidir. Hər şey yolunda gedəndə hamı xoşbəxt olur. Amma nəsə alınmayanda, Özili günahlandırırlar. O, 10 ildir eyni oyun tərzi ilə çıxış edir. Almaniya futboluna fayda verən mükəmməl bir oyunçudur".

Son xəbərlər