Fred rəsmən "Mançester Yunayted"də

Fred rəsmən "Mançester Yunayted"də
DÜNYA FUTBOLU 21 İyun 2018 / 17:32 3685
-  A +

"Şaxtyor"un futbolçusu Fredin  "Mançester Yunayted"ə keçidi  rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün "MY"nın Ukrayna təmsilçisinə 60 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Fred ötən mövsüm Donets klubunun heyətində 37 oyuna 5 qol vurub, 7 qol ötürməsi verib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"