Kuper istefaya göndərilir

Kuper istefaya göndərilir
XƏBƏR 21 İyun 2018 / 16:09 4492
-  A +

Misir millisinin baş məşqçisi Hektor Kuper DÇ-2018 bitdikdən sonra yığmadan ayrılacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Misir Futbol Federasiyasının komandanın hələ mundialın qrup mərhələsinin ilk turunda Rusiyaya uduzduğu oyundan sonra 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verdiyi bildirilib.

Qeyd edək ki, Misir hər iki görüşdə uduzaraq qrupda qalıb.

Xatırladaq ki, H.Kuper 2015-ci ildən Misir millisini çalışdırır.


Son xəbərlər