“Baltsan”ın “Neftçi”ni udması bizi qorxutmur” – Fuad Bayramov

“Baltsan”ın “Neftçi”ni udması bizi qorxutmur” – Fuad Bayramov
ÖLKƏ FUTBOLU 21 İyun 2018 / 09:47 4705
-  A +

“Keşlə”nin yarımmüdafiəçisi Fuad Bayramov Qol.az-a müsahibə verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” klubu ilə keçirəcəkləri oyunlardan danışan futbolçu komandasının Avroliqadakı hədəflərini açıqlayıb.

Dünəndən etibarən yeni mövsümün hazırlıqlarına başlamısınız. Məşqləriniz necə gedir?

Təlim-məşq toplanışına yeni başlamışıq. Tam heyətlə hazırlaşa bilmirik. Bəzi futbolçular düşərgəyə sabah qoşulacaqlar. İlk günlərdən yavaş-yavaş fiziki durumumuzu düzəltməyə çalışırıq.

Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibiniz müəyyənləşdi. “Baltsan” haqda nə bilirsiniz?

Düzünü desəm, heç bir məlumatım yoxdur. Püşk atılandan sonra internetdə bəzi oyunlarının videoicmallarına baxdım. Bu gündən rəqibi daha dərindən öyrənməyə başlayacağıq.

Malta təmsilçisi Azərbaycan klubları üçün yad rəqib deyil. 2016-cı ildə “Neftçi” Avroliqada “Baltsan”la üz-üzə gəlib. “Ağ-qaralar” səfərdə 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, Bakıda rəqibinə uduzub – 1:2. Bu amil sizi qorxutmur?

Əlbəttə ki, yox. Niyə də qorxutsun ki? Məşqlərdə var gücümüzlə çalışıb hər iki oyunda uğur qazanmağa çalışacağıq. Düzdür, indi zəif rəqib yoxdur. Dünya çempionatında keçirilən oyunlar da bunu deməyə əsas verir.

İlk oyunun Maltada olması “Keşlə” üçün üstünlük sayıla bilərmi?

Açığı, müasir futbolda artıq ev-səfər anlayışı yoxdur. Fərq etmir, hər bir komanda evdə də, səfərdə də yaxşı oynaya bilir. Məqsədimiz hər iki oyunda yaxşı nəticə qazanmaqdır. Şəxsən mən qələbə istəyirəm.

Komandanız bu mövsüm heç kimin gözləmədiyi halda ölkə kubokunu qazandı. Necə düşünürsünüz, hazırkı heyət Avroliqada da uğur qazanmaq üçün yetərlidir?

Məncə, komanda güclənməlidir. Çünki mövsümün sonunda bir neçə oyunçumuz getdi. Yəqin ki, toplanış müddətində komandaya yeni futbolçular cəlb olunacaq.

Ümumiyyətlə, avrokuboklarda əsas hədəfiniz nədir?

Qarşımıza konkret hədəf qoyulmayıb. Amma hər bir komanda istəyər ki, çox mərhələ keçsin.

Bəs qrupa düşmək şanslarınızı necə dəyərləndirisiniz?

Futbolda hər şey ola bilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı