"Pley-off yolunda vacib addım atdıq" - Ronaldo

"Pley-off yolunda vacib addım atdıq" - Ronaldo
DÇ-2018 20 İyun 2018 / 20:00 4475
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsində Mərakeşə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandasının qələbə qolunun müəllifi olan 33 yaşlı hücumçu vacib 3 xal qazandıqlarını bildirib: "Uduzacağımız təqdirdə, qrupda qalmaq ehtimalı olduğunu bilirdik. Mərakeş qələbə üçün oynayırdı. Onlar çox dinamik, hərəkətli komandadırlar. Çətin oyun oldu. Xoşbəxtlikdən qələbə qolunu vurduq, mən fərqləndim. Praktiki olaraq pley-off yolunda vacib addım atdıq. Növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, Portuqaliya 3-cü turda İranla qarşılaşacaq. Matç iyunun 25-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı