Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri

Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri
DÇ-2018 20 İyun 2018 / 11:24 4617
-  A +

Misirlə matçda (3:1) 2 qol vuran Rusiya millisinin futbolçusu Denis Çerışev DÇ-2018-in bombardirlik yarışında Kriştiano Ronaldoya çatıb.

Qol.az-ın xəbərinə görə, 2 oyundan sonra rus futbolçunun ehtiyatında 3 qol var. Kriştiano Ronaldo isə 1 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Ümumilikdə, DÇ-2018-in bombardirlər siyahısında son vəziyyət belədir:

1. Kriştiano Ronaldo (Portuqaliya) – 1 oyun, 3 qol
1. Denis Çerışev (Rusiya) – 2 oyun, 3 qol
3. Dieqo Kosta (İspaniya) – 1 oyun, 2 qol
3. Romelu Lukaku (Belçika) 1 oyun, 2 qol
3. Harri Keyn (İngiltərə) – 1 oyun, 2 qol
3. Artem Dzyuba (Rusiya) – 2 oyun, 2 qol

Daha 23 futbolçusu isə hərəyə 1 qol vurub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi