“Qarabağ”ın Danisi Polşa klubu ilə danışıqlar aparıb

“Qarabağ”ın Danisi Polşa klubu ilə danışıqlar aparıb
GÜNDƏM 18 İyun 2018 / 10:35 5075
-  A +

“Qarabağ”ın futbolçusu Dani Kintana klubu ilə yeni müqavilə imzalamazdan əvvəl bir vaxtlar çıxış etdiyi Polşa “Yaqelloniya”sı ilə danışıqlar aparıb.

Qol.az-n xəbərin görə, bu haqda Polşanın “sportowefakty.wp.pl” saytı məlumat yayıb.

“Böyük qayıdış baş tutmayacaq. “Qarabağ” Dani ilə müqavilənin müddətini uzatdığını elan etdi. Ona görə də “Yaqelloniya” başqa transferlərə ümid etməlidir” – deyə saytın yazısında qeyd edilib.

İspan futbolçu 2013-14-cü illərdə Polşanın bu komandasında oynayıb. Burada liqanın ulduzlarından birinə çevrilən Dani sonra bir neçə yüz min avro müqabilində əvvəlcə Səudiyyə Ərəbistanının “Əl-Əhli”, oradan isə “Qarabağ”a keçib.

Ötən mövsüm başa çatdıqdan sonra Daninin “Yaqelloniya” dönmək şansı yaranmışdı. Çünki onun “Qarabağ”la müqaviləsinin müddəti bitirdi. Futbolçunun Polşa klubunun nümayəndələri ilə görüşü olmuşdu. Amma qeyri-rəsmi məlumatlara görə, danışıqlarda böyük fikir ayrılıqları yaranmışdı. Bununla belə, azarkeşlər son ana qədər Daninin “Yaqelloniya”ya qayıdacağına inanırdılar. Çünki o, buradan gedəndə bir gün qayıdacağına söz vermişdi. O, qərarını bazar günü verməliydi. Budur qərar veril. Və təəssüf ki, Dani “Qarabağ”la müqavilənin müddətini 2 il uzatdı”.

Daha çox


Son xəbərlər