Meksikanın baş məşqçisi tarixi qələbədən danışdı - "Kişi kimi oynadıq"

Meksikanın baş məşqçisi tarixi qələbədən danışdı - "Kişi kimi oynadıq"
DÇ-2018 17 İyun 2018 / 22:06 3603
-  A +

“Bizim hələ altı ay əvvəldən hazırladığımız taktiki planımız var idi. Həmişə cinahlardan iki sürətli futbolçumuz olub. Bugünkü matçda qolu vuran Losano Meksika millisinin ən sürətli oyunçusudur”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio bu gün DÇ-2018-də Almaniya üzərindəki sensasiyalı qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib:

“Birinci hissədə daha yaxşı oynadıq. Biz uduzmaqdan qorxmurduq.  Dünya çempionuna qarşı kişi kimi və yüksək səviyyədə oynadıq. Almaniya həmişə hesabda geridə olanda belə əvəzetmələr edir. Biz buna da hazır idik. Meksikanın heyəti gəncdir. Onlar bizim gələcəyimizdir”.

“Meksikanı artıq qrupun favoriti saymaq olarmı” sualına baş məşqçi belə cavab verib: “Rəqiblərimizdən İsveç yetərincə güclüdür. 2002-ci ildə onlarla oynamışıq. Onlar İtaliyanı DÇ-dən uzaqlaşdırıblar. Əgər desəm ki, digər rəqibimiz Koreya ilə oyun ərəfəsində istirahət edəcəyik, səhv edərəm”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı